Belarus ərazisində Rusiya hərbi obyektlərinin yerləşdirilməsi məsələsi gündəlikdə yoxdur.
TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Belarus Müdafiə nazirinin Rusiyaya səfəri barədə məlumatları şərh edən D. Peskov bildirib ki, hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı təşkilatında birgə təmsil olunur, iki ölkənin İttifaq dövləti yaranıb, həmçinin ən müxtəlif sahələrdə geniş ikitərəfli münasibətlər inkişaf edir: “Ona görə də müxtəlif sahələr üzrə mütəmadi, gündəlik kontaktlar mövcuddur”.