Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Trend-in məlumatına görə, proses sabaha təxirə salınıb.
Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Xatırladaq ki, ötən məhkəmə prosesində prokuror T.Yaqublunun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.