Noyabrın 12-də Rusiya Hava Desant Qüvvələrinin Belarusun Qrodno vilayətində keçirilən təlimdə paraşütlə eniş zamanı iki rus hərbçi ölüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bədbəxt hadisəyə səbəb qəfil əsən güclü külək olub.
Yüksək ixtisaslı iki müqaviləli hərbçidən biri ehtiyat paraşütlə hər ikisini xilas etməyə çalışsa da paraşüt sistemi işə düşməyib və arzuolunmaz eniş olub. Hər iki hərbçi aldıqları xəsarətlərdən dünyasını dəyişib.