Belarusda komendant saatı tətbiq edilməyəcək –

AÇIQLAMA
11 Avqust 2020 - 21:10

“Belarus hökuməti Minskdə komendant saatının tətbiq ediləcəyi ilə bağlı xəbərləri təkzib edir”.

RİA Novosti xəbər verir ki, bunu Belarus Nazirlər Şurasının mətbuat katibi Alexandra İsaeva bildirib.

O diqqətə çatdırıb ki, yalnız rəsmi məlumatlara etibar edin: “Rəsmi olaraq belə bir məlumat yoxdur”.

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən Prezident seçkilərində Aleksandr Lukaşenkonun qalib gəlməsilə bağlı MSK-nın ilkin açıqlamasından sonra ölkənin bir sıra şəhərlərində səsvermənin nəticələri ilə razılaşmayan müxalif qüvvələrin kütləvi icazəsiz etiraz aksiyaları keçirilmişdi.