Belarusda müxalifətçi namizəd orduya və xalqa müraciət etdi:

"Zorakılığı dayandırın! Belaruslar sabah başqa bir ölkədə oyanacaqlar"
10 Avqust 2020 - 02:11

Belarusda prezidentliyə namizəd Svetlana Tixanovskaya güc strukturlarına və vətəndaşlara müraciət edib. 

“Mən ordu və milisdən xahiş edirəm ki, xalqın bir hissəsi olduğunu unutmasınlar. Mən seçicilərimdən xahiş edirəm. Təxribatların qarşısını alın, siz qarşı zorakılıq göstərməyə səbəb verməyin. Mən bilirəm ki, belaruslar sabah başqa bir ölkədə oyanacaqlar. Ümid edirəm ki, sabah yaxşı xəbərlər olacaq. Xahiş edirəm, zorakılığı dayandırın. Cənab zabitlər, mən bilirəm, siz bunu edə bilərsiniz”-deyə müxalifətçi namizəd bəyan edib.

Xatırladaq ki, Belarusda prezident seçkilərinin nəticələrinə etiraz olaraq minlərlə insan küçələrə çıxıb.