Lukaşenko 79,7% səslə Prezident seçkilərində qalibdir –Exit-poll

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko bu gün Belarusda keçirilən Prezident seçkilərində 79,7% səslə qalib gəlib.

TASS xəbər verir ki, bu barədə exit-poll-un nəticələri əsasında “MİR” telekanalı məlumat yayıb.

“Belta.by” xəbər portalında dərc edilmiş xəbərdə əlavə olunub ki, eksitoplun nəticələrinə görə, digər namizədlər – Svetlana Tixanovskaya 6,8%, Anna Kanopatskaya 2,3%, Andrey Dmitriyev 1,1%, Sergey Çereçnya 0.9% səs toplayıb.

Qeyd edək ki, Belarusda prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağsuda 3.1 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

Belarusda müxalifətçi namizəd orduya və xalqa müraciət etdi: