“Belarusda saxlanılan vətəndaşlarımızın günahı sübuta yetirilməyib” –Rusiya XİN

Belarusda saxlanılan Rusiya vətəndaşlarının günahı sübuta yetirilməyib”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” səhifəsində yazıb.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəyanatına münasibət bildirən Rusiya XİN-in rəsmisi bildirib ki, Minskdə saxlanılan Rusiya vətəndaşlarının günahı heç nə ilə sübut olunmayıb.

“Bunun ətrafında qurulan tamaşaya gəldikdə isə, biz imkan vermərik ki, onları incitsinlər. Bunu Minskdə gözəl bilirlər”, – deyə M. Zaxarova vurğulayıb.

Xatırladaq ki, iyulun 29-da Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın “Vaqner” özəl hərbi qrupunun üzvləridir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BMT-nın koronavirusa həsr olunmuş xüsusi sessiyası işini davam etdirir –

Sonrakı məqalə

ÜST Rusiyanın koronavirus peyvəndini qəbul etmir: