Belçikadakı ermənilərdən Natəvanın heykəlinə qarşı vandalizm hərəkəti-Cinayət işi başlanıb (FOTO)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Belçikanın Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsinə münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Belçikanın Vaterlo şəhərində 2016-cı ildə ucaldılmış ölkəmizin görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı Vaterlo polisi tərəfindən cinayət işi açılıb.

“Heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir və bu səbəbdən sözügedən hadisə polis tərəfindən araşdırılır. Əlbəttə, bu vandalizmin Ermənistan Baş nazirinin Belçikaya səfəri zamanı baş verməsi diqqəti cəlb edir. Qeyd etmək istərdim ki, ölkəmizin Belçika Krallığındakı Səfirliyinin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmaslar qurublar. Məsələ Səfirliyimizin nəzarətində saxlanılır və araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir”, – deyə XİN rəsmisi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev sabiq spiker Oqtay Əsədovla görüşdü, ona təşəkkür etdi –

Sonrakı məqalə

Feminist aksiyaya görə Xədicə İsmayıl, Nərmin Şahmarzadə və Rəbiyyə Məmmədova dindiriləcək-