Belqorod vilayətində 87 məmur qorxudan şəhəri tərk edib –Qubernator onların qayıtmasını tələb edir

Rusiyanın Belqorod vilayətinin Şebekino şəhər administrasiyasının 87 əməkdaşı şəhəri tərk edib. 

Azpost.info ” Mənim Belqorordum” nəşrinə istinadən bildirir ki, bu barədə Şebekinski şəhər dairəsinin rəhbəri Vladimir Jdanov məlumat verib.

Jdanovun sözlərinə görə, administrasiyada 511 əməkdaş var. Onlardan 87-si bölgəni tərk edib və distnat formada vəzifələrini icra edə bilmirlər. Jdanov hesab edir ki, bu insanları geri qaytarmaq hələ tezdir.

Öz növbəsində, vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, bu gün görülməli çox böyük işlər var. “Biz indi bütün bələdiyyələri səfərbər etmişik. Sizdə isə 87 nəfər maaş alacaq, amma işləməyəcəklər. Mən sizin məntiqinizi başa düşmürəm”, – Qladkov deyib.

O, həmçinin iyunun 26-dək Şebekinodakı bütün işçilərin geri qaytarılmasını tələb edib.

Azpost.info

Əvvəlki məqalə

Qazaxıstan millisi 4 oyunun 3-də qalib gəlib –

Sonrakı məqalə

“Blinkenin səfəri ağır oldu, Çinlə irəliləyiş əldə edilib” –