Qazaxıstan millisi 4 oyunun 3-də qalib gəlib –"AVRO-24" seçmə mərhələsi

Qazaxıstan millisi Avro-2024-ün seçmə mərhələsində keçirdiyi 4 oyunun  3-də qələbə qazanıb.

Azpost.info bildirir ki, Maqomed Adiyevin rəhbərlik etdiyi komanda seçmə qrup mərhələsinin dördüncü turunun oyununda Şimali İrlandiya yığmasını məğlub edib (1:0).

Qələbə qolunu 88-ci dəqiqədə Abat Aimbetov vurub.

Qazaxıstan komandası Sloveniyaya məğlubiyyətlə (1:2) başlasa da, bundan sonra ardıcıl üç oyunda qalib gəlib. Əvvəllcə Danimarkanı (3:2) sonra San-Marinonu (3:0) məğlub edib.

Dörd oyundan sonra Finlandiya H qrupunda birinci, Qazaxıstan ikincidir. Komandaların  hərəyə 9 xalı var. Danimarka və Sloveniya millilərinin 7 xalı var.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.