“Benzin və çörəklə bağlı adımdan yayılan sözlər yalandır” –Siyavuş Novruzov məhkəməyə müraciət edir

Hiddətlə bildirirəm ki, sosial şəbəkələrdəki bəzi səhifələrdə mənim adımdan həqiqətə uyğun olmayan – reallığı əks etdirməyən sözlər yayılır. İddia olunur ki, güya mən “benzin və çörək” barədə hər hansı ifadələr səsləndirmişəm. Qətiyyətlə bildirirəm ki, heç bir jurnalist mənə bu barədə sual ünvanlamayıb və təbii ki, mən heç bir fikir bildirməmişəm”.
Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov son günlər onun adından yayılan açıqlamaya münasibət bildirirəkən deyib.
Deputatın sözlərinə görə, dezinformasiya yaymaqla populyarlıq qazanmağa çalışan həmin sosial şəbəkə səhifələrinin bu cür ikrah doğuran hərəkətləri məsuliyyətsizlik, ləyaqətsizlik və əxlaqsızlıqdır: “Bu, eyni zamanda, hüquqi məsuliyyət doğurur. Bundan əvvəl etdiyim xəbərdarlığa məhəl qoyulmamasını nəzərə alaraq, birmənalı şəkildə bildirirəm ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu cür çirkin metodlardan və ucuz vasitələrdən istifadə edənlər öz əxlaqsız əməllərinə görə qanun qarşısında cavab verəcəklər”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Salyan Epidemiologiya Mərkəzinin sabiq direktoru həbs edilib

Sonrakı məqalə

Rusiya Azərbaycan-Türkiyə hərbi təlimlərinə münasibət bildirib: