ABŞ Prezidenti Donald Tramp benzinin bahalaşmasını neft emalı zavodlarının bağlanması ilə əlaqələndirib.
Bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb.
“Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır. Çünki indi demək olar ki, hər gün rekord həcmdə neft hasil olunur. Söhbət neft emalı zavodlarından gedir. Rusiyanın zavodları Ukrayna tərəfindən vurulur, bizim zavodlarımız isə Demokratların idarə etdiyi Kaliforniya kimi ştatlarda bağlanır”, – deyə Tramp bildirib.