Berlində karantin əleyhinə etiraz aksiyasında qarşıdurma –

29 polis yaralanıb, 231 nəfər həbs edilib
23 Aprel 2021 - 09:40

Almaniyanın paytaxtı Berlində çərşənbə günü koronavirus məhdudiyyətlərinə qarşı aksiya keçirilib.

TASS  xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, etiraz aksiyası zamanı 29 polis əməkdaşı yaralanıb.

Nümayişçilər polisə şüşə və daş qırıntıları atıblar. 231 etirazşının nəzarətə alındığı bildirilir.

Aksiya paytaxt səlahiyyətliləri tərəfindən koronavirusla bağlı məhdudiyyətləri nəzərdə tutan yeni düzəlişlərin edildiyi vaxt keçirilib. Etirazçılar bunu Alman federalizminə zərbə kimi qiymətləndirib.

Qeyd edək ki, 8-10 min insanın bir araya gəldiyi nümayişdə qoruyucu maskalardan istifadə edilməyib.