Berlində “Dom Aquaree” otelində 16 metrlik akvarium partlayıb.
Azpost.info xəbər verir ki, 1 milyon litrə yaxın suyun və 1500 balığın ətrafa yayıldığı qeyd edilir.
Hadisə nəticəsində 2 nəfər yaralanıb, müəssisənin yerləşdiyi küçəni su basıb.
Akvariumun hansı səbəbdən partladığı hələlik məlum deyil. Otel qonaqları təxliyə etməyi planlaşdırır.
Azpost.info

