Berlində ticarət mərkəzinə hücum olub-

11 nəfər xəsarət alıb
31 İyul 2020 - 18:07

Almaniyanın paytaxtı Berlin şəhərində naməlum şəxslər ticarət mərkəzinə hücum ediblər.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Berlinin Xilasetmə Xidmətinin Twitter səhifəsində bildirilib.

Qeyd olunub ki, hadisə soyğunçuluq məqsədi ilə törədilib, soyğunçular gözyaşardıcı qazdan istifadə ediblər.

Nəticədə 11 nəfər xəsarət alıb.