Berluskoninin milyardları kimə qalacaq?- Mirasa 5 övladı iddialıdır (FOTOLAR)

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ölümündən sonra onun media, idman, daşınmaz əmlak və sığorta sahələrində aktivlərinin olduğu çoxmilyardlıq “Fininvest” şirkətinin səhmləri bahalaşıb. İnvestorlar ümid edirlər ki, uşaqlar atalarının holdinqini müasirləşdirəcək və onu yeni zirvələrə aparacaqlar. Berluskoninin mirasına iki evlilikdən olan 5 övladı iddia edir.

Azpost.info xəbər verir ki, Britaniyanın “Daily Mail” qəzetinin yazdığına görə, Berluskoni imperiyasının sükanı onun böyük qızı Marina Elviraya keçəcək. İtaliyalı siyasətçi etiraf etmişdi ki, o, həmişə ilk qızını ən yaxın övlad hesab edir və hər mühüm qərardan əvvəl onunla məsləhətləşir.

Marina 1966-cı ildə anadan olub və Berluskoninin birinci həyat yoldaşı Karladan olan övladıdır. Kiçik yaşlarından Karla ailə biznesində iştirak edib. Berluskoni onu vacib iş görüşlərinə aparıb. Şahidlərin dediyinə görə, belə görüşlərdə Karla saatlarla müzakirələrə qulaq asır və dayanmadan qeydlər aparırdı.

Berluskoni imperiyasının ikinci ən çox ehtimal olunan varisi onun oğullarının ən böyüyü, 1969-cu il təvəllüdlü Pyer Silviodur. O, ailənin əsas yayım şirkəti olan “Media For Europe”u idarə edir.

Berluskoninin aktrisa Veronika Lario ilə ikinci evliliyindən də üç övladı var: Barbara (1984), Eleonora (1986) və Luici (1988). Onlar atalarının biznesi ilə daha az məşğul olur və medianın diqqətini cəlb etməməyə çalışırlar.

İndi Berluskoninin ilk evliliyindən olan övladları Marina və Pyer Silvionun hər biri “Fininvest” səhmlərinin 8 faizininə, Barbara, Eleonora və Luicinin isə 7,1 faizinə malikdir. Varislər arasında mübarizə atalarına məxsus olan səhmlərin 61 faizi üçün gedə bilər.

Mirasla bağlı başqa bir məqam da var. Berluskoninin özünün ailəyə nə qoyacağı hələ açıqlanmayıb. İtaliya qanunlarına görə, mərhumun övladları onun əmlakının üçdə ikisinin vərəsəlik hüququna malikdirlər, idarəçi isə mirasın qalan üçdə birini öz mülahizəsinə əsasən vəsiyyət edə bilər. Berluskoninin bu üçüncünü məhz kimə miras qoyduğu yalnız onun son vəsiyyətnaməsinin dərcindən sonra məlum olacaq.

Azpost.info

 

Əvvəlki məqalə

Putin Azərbaycana yeni səfir təyin edib

Sonrakı məqalə

MN Arazdəyən istiqamətində iki nəfərin yaralanması barədə məlumatı təkzib edib