Beş dövlət İrandan vurulmuş təyyarəyə görə kompensasiya tələb edir

“İran Ukraynaya məxsus təyyarənin Tehran hava limanı yaxınlığında vurulması ilə əlaqədar hərtərəfli araşdırma aparmağa və ölən sərnişinlərin yaxınlarına kompensasiya ödəməyə borcludur”. 

RİA Novosti-nin verdiyi məlumata görə, məlum təyyarə qəzasında vətəndaşları həlak olan beş ölkənin xarici işlər nazirlərinin Londonda qəbul etdikləri birgə bəyanatında belə deyilib.

Qeyd edək ki, cümə axşamı Kanada, Ukrayna, İsveç, Əfqanıstan və İngiltərə xarici işlər nazirləri təyyarə qəzası ilə bağlı aparılan istintaqı müzakirə etmək üçün Londona toplaşıblar.

Toplantıda yekdil fikir belə olub: “İran hərtərəfli, müstəqil və şəffaf beynəlxalq araşdırma aparmalı və qurbanların qohumlarına təzminat ödəməlidir”.

Eyni zamanda İran hakimiyyət orqanlarının bununla bağlı əməkdaşlığa hazır olduğu beş ölkə tərəfindən alqışlandığı bildirilir.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinın yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayır –

Sonrakı məqalə

ABŞ dövlət katibinin köməkçisi: