“Beşiktaş” – “Fənərbağça” oyunu heç-heçə bitib-Türkiyə Superliqası

Martın 21-də futbol üzrə Türkiyə çempionatının XXXI turu çərçivəsində İstanbul derbisi keçirilib.

“Beşiktaş” doğma meydanda “Fənərbağça”nı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı meydan sahiblərinin müdafiəçisi Damaqoy Vida açıb. Lakin oyunun 89-cu dəqiqəsində Ozan Tufan hesabı bərabərləşdirərək komandasını məğlubiyyətdən xilas edib.

Beləliklə, “Beşiktaş” – “Fənərbağça” matçında qalib müəyyənləşməyib.

Günün digər matçında “Antalyaspor” doğma meydanda “Ərzurumspor”u 3:1 hesabı ilə məğlub edib. “Konyaspor” öz meydanında “Alanyaspor” minimal hesabla üstələyib – 1:0. “Dənizlispor” – “Başakşəhər” qarşılaşmasında isə qapılara qol vurulmayıb.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 59 xalla “Fənərbağça” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXI turda “Hatayspor” istirahət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda terrorçular şəhərin mərkəzi meydanına hücum edib –

Sonrakı məqalə

Elbrusda rusiyalı alpinist itkin düşüb