Elbrusda rusiyalı alpinist itkin düşüb

22 Mart 2021 - 01:50

3500 metr olan Elbrus dağında alpinist qrupun üzvlərindən biri itkin düşüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkariya Regonal İdarəsi məlumatb yayıb.

Bildirilib ki, yerli vaxtla saat 22:30-da Taqanroqdan olan 1983-cü il təvəllüdlü qrup üzvünün axtarışına başlanılsa da, tapılmayıb. (APA)

Axtarışın bu gün səhər saatlarında – 07:00-da davam etdiriləcəyi planlaşdırılıb.