“Beşiktaş” Pyaniçi “Barselona”dan 1 illik icarəyə götürüb

03 Sentyabr 2021 - 01:10

Transfer dövrünə aktiv şəkildə başlayan “Beşiktaş” daha ulduzu sıralarına qatıb.

“Haber Global” xəbər verir ki, “ağ-qaralar” “Barselona”nın ötən mövsüm 60 milyon avroya heyətinə qatdığı Bosniya-Herseqovina millisinin yarımmüdafiəçisi Miralem Pyaniçi 1 il müddətinə icarəyə götürüb.

Kataloniya komandası və Pyaniçlə razılığa gələn “Beşiktaş” bosniyalı ulduzu Türkiyəyə gətirib. Ulduz futbolçu Bakı vaxtı ilə saat 23:30-da İstanbula gəlib.

“Ağ-qara”ların “Barselona”da ilə 8 milyon avro qazanan Pyaniç üçün bonuslarla birlikdə təxminən 3 milyon avro maaş verəcəyi gözlənilir. 5 milyon avroluq fərq Kataloniya komandası tərəfindən qarşılanacaq.

Pyaniç “Barselona” formasında ilə ilk mövsümdə 30 rəsmi matç keçirib.