Dünya və SSRİ çempionu,“Neftçi” klubunun ilk prezidenti Aydın İbrahimov vəfat edib

anınmış idman ustası, bir çox mükafatların qalibi Aydın İbrahimov koronavirusdan dünyasını dəyişib.

Bu barədə onun nəvəsi Nərminə Məmmədova məlumat verib.

A.İbrahimov bir müddət əvvəl COVID-19-a yoluxub və “Yeni Klinika”da müalicə alırmış. Onun elə həmin tibb müəssisəsində vəfat etdiyi bildirilir.

Qey edək ki, A.İbrahimov sərbəst güləş üzrə dünya çempionu, “Neftçi” futbol klubunun ilk prezidenti, 1964-cü il Olimpiya Oyunlarının bürünc mükafatçısı, 1963-cü ildə dünya çempionu, 1966-cı ildə Avropa çempionu, 1964-cü ildə SSRİ çempionu, 1963-cü ildə gümüş medal mükafatçısı, 1960 və 1967-ci illərdə bürünc medalların sahibi olub, SSRİ əməkdar idman ustası (1965) və SSRİ əməkdar məşqçisi adlarına layiq görülüb. Bakının “Dinamo” cəmiyyətinin üzvü olub.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislamın Çeçenistan səfəri nə ilə yadda qaldı?

Sonrakı məqalə

“Beşiktaş” Pyaniçi “Barselona”dan 1 illik icarəyə götürüb