“Beşiktaş”da 8 nəfərdə koronavirus aşkarlanıb

14 May 2020 - 14:31

Türkiyənin “Beşiktaş” klubunda 8 nəfər koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə açıqlama yayıb.

Bildirilib ki, dünən “Nevzat Dəmir” bazasında bütün futbolçular, məşqçi heyəti və işçilər ikinci dəfə testdən keçiriliblər. 8 nəfərin testi müsbət nəticə verdiyindən, onlar karantinə alınıblar və həkim nəzarətindədirlər.

Qeyd edək ki, bir gün öncə Türkiyənin digər klubu “Ərzurumspor”da 11 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.