Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Beynəlxalq Avrasiya Mətbuat Fondu 33 illiyini qeyd edir

Orkhan Ali 04 Sentyabr 2025 - 18:44 (Last updated: 04 Sentyabr 2025 - 16:27)
1

Bu gün BMT-nin Əsas Məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasından 33 il keçir.

BAMF 1992-ci il sentyabrın 4-də müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı olaraq dövlət qeydiyyatına alınıb.

BAMF media və vətəndaş cəmiyyətinin inkişafı, sülhməramlı aksiyalar və münaqişələrin həlli, qaçqın və məcburi köçkünlərlə iş, icmaların inkişafı və təhsil istiqamətlərində fəaliyyət göstərir. 1992-ci ildən fəaliyyət göstərən Fond medianın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına və informasiya şəffaflığının təşviqinə mühüm töhfələr verib.

Təşkilat öz statusundan istifadə edərək müxtəlif istiqamətlərdə, xüsusilə, Azərbaycanın tarixi reallıqlarının çatdırılması ilə bağlı BMT-nin Cenevrə, Nyu York, Vyana ofislərində və digər nüfuzlu beynəlxalq auditoriyalarda mütəmadi olaraq silsilə tədbirlər, paralel sessiyalar keçirir.

Fondun 33 illik fəaliyyətinin əsas hissəsi müharibədən zərərçəkmiş və işğaldan azad olunmuş regionlara səfirlərin, xarici diplomatların, jurnalistlərin, tələbələrin səfərlərinin təşkili, orada yaşayan qaçqın və məcburi köçkünlərin diqqətdə saxlanılması, sosial-humanitar layihələrin icrası və s. olub.

BAMF BMT qurumları, Avropa Komissiyası, Amerikanın Dövlət Departamenti, Dünya Bankı, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Mətbuat İnstitutu (BMİ), Beynəlxalq Sülh Bürosu, Beynəlxalq Jurnalistlər Federasiyası kimi beynəlxalq nüfuzlu təşkilatlarla, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

AzPost.az

Post navigation

Previous: “Kapital Bank”dan AzPost-un yazısı ilə bağlı açıqlama –
Next: 26 ölkə Ukraynaya hərbi kontingent göndərməyə hazırdır –

Oxşar xəbərlər

sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23

xƏBƏR

ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət...
Read more about Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.