“Beynəlxalq Olimpiya Komitəsi rusiyalı idmançılara qarşı etnik ayrı-seçkiliklə məşğuldur”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Permdə keçirilən XI Beynəlxalq İdman Forumunda çıxışı zamanı deyib.
Təşkilatın idmançıları Olimpiya oyunlarına buraxmamasına qəzəbləndiyini deyən Putin hesab edir ki, bu, idmanın təbiətinə ziddir.
“Beynəlxalq Olimpiya Komitəsi bəzi rəhbərlərinin sayəsində biz öyrəndik ki, oyunlara dəvət ən yaxşı idmançılar üçün qeyd-şərtsiz hüquq deyil, bir növ imtiyazdır. Bunu idman nəticələri ilə deyil, idmanla heç bir əlaqəsi olmayan siyasi jestlərlə qazanmaq olar”, – Rusiya lideri qeyd edib.
Putin bildirib ki, bu gün Olimpiya oyunlarından siyasətlə heç bir əlaqəsi olmayan insanlara qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunur. O, həmçinin Beynəlxalq Olimpiya Komitəsini oyunların əsas prinsiplərini və dəyərlərini müəyyən edən Olimpiya Xartiyasına əməl etməməkdə ittiham edib.
Azpost.info