Beynəlxalq Hava Limanı videogörüntülərə aydınlıq gətirdi –"Çoxsaylı təcili tibbi yardım maşınları buna görə gəlib"

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım maşınlarının görüntüləndiyi video materiala aydınlıq gətirib.
Hava Limanının Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir:
“Ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin “Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib. Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantinə yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Video görüntülərdə yayımlanmış çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunur”.
Eyni zamanda qeyd edilib ki, 26 sərnişindən 24-ü İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşı, 2 nəfəri isə əcnəbi vətəndaşdır.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Coronavirus problemini həll etmək üçün hazıram” –

Sonrakı məqalə

Milli Məclisin yeni sədri sosial şəbəkədə status yazdı,