Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının dayandığını elan etdi –"Bu tarixə qədər belə hal hələ görünməyib"

Beynəlxalq Valyuta Fondunun rəhbəri dünya iqtisadiyyatının dayandığını elan edib.

Bu barədə Fondun rəhbəri Kristalina Georgiyeva elan edib.

Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatında vəziyyət 2008-2009-cü ildəkindən daha pisdir. «Valuyta Fondunun tarixində hələ görməmişdik ki, dünya iqtisadiyyatı dayansın. Biz tənəzzüldəyik, bu – qlobal iqtisadi böhrandan da pisdir». Artıq 85 ölkə koronavirusa qarşı mübarizə aparmaq üçün kömək almaq məqsədilə fonda müraciət edib.

Georgiyevanın sözlərinə görə, koronavirusun nəticələrindən ən çox inkişaf etməkdə olan ölkələr itirəcəklər. Çünki onların iki sahədə – səhiyyə və iqtisadiyyatdakı böhranla mübarizə aparacaq gücü yoxdur. Bununla əlaqədar olaraq fond təcili maliyyələşmə məbləğini 100 milyard dollaradək artıracaq və bu işə özünün bütün ehtiyatlarını – təqribən 1 trilyon dollar səfərbər edəcək. (Fed.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Gündə yalnız bir dəfə evdən çıxmağa icazə verilir” –

Sonrakı məqalə

Koronavirus xəstələrinin adı niyə açıqlanmır? –