Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Beynin qısamüddətli yenidən aktivləşməsi yaddaşı gücləndirir –

User 31 Mart 2025 - 20:20 (Last updated: 21 May 2025 - 20:15)
Beyin

Beyin

Pensilvaniya Universitetinin tədqiqatçıları beynin yaddaşın konsolidasiyası prosesində oyaqlıq zamanı da aktiv rol oynadığını müəyyən ediblər.

“MedicalXpress” saytı xəbər verir ki, nevrologiya və psixologiya sahəsində aparılan əvvəlki tədqiqatlar yaddaşın gücləndirilməsi prosesinin əsasən yuxu və istirahət zamanı baş verdiyini göstərirdi. Lakin “Nature Neuroscience” jurnalında dərc olunan yeni araşdırma beynin oyaq vaxtlarında da qısa müddətli yenidən aktivləşmə vasitəsilə yaddaşı möhkəmləndirdiyini ortaya qoyur.

Tədqiqatçılar epilepsiya diaqnozu qoyulmuş xəstələrin yaddaş tapşırıqları yerinə yetirərkən kəllədaxili elektroensefaloqrafiya (EEG) vasitəsilə beyin fəaliyyətini ölçüblər. Nəticələr göstərib ki, insan beynində spesifik stimullar kodlaşdırma prosesindən sonra yenidən aktivləşir və bu, yaddaşın daha uzun müddət qorunmasına kömək edir.

Tapıntılara əsasən, beyin müəyyən hadisələri yadda saxlamaq üçün onları istirahət və yuxu zamanı olduğu kimi, oyaqlıq vaxtlarında da təkrar aktivləşdirir. Kodlaşdırma arasındakı qısa fasilələrdə beynin spontan yenidən aktivləşməsi yaddaşın gücləndirilməsinə və daha dəqiq xatırlamağa imkan yaradır. Bu proses yuxu zamanı baş verən yaddaş konsolidasiyasına bənzəsə də fərqli xüsusiyyətlərə malik ola bilər. Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr gələcəkdə tələbələr və yaddaş pozğunluğu olan insanlar üçün yaddaşı gücləndirən yeni metodların hazırlanmasına kömək edə bilər. Hazırda bu proseslərin insanın qavrayış sisteminə necə təsir etdiyi və yaddaşın uzunmüddətli inkişafında hansı rol oynadığı daha dərindən araşdırılır.

Post navigation

Previous: Çində uçan avtomobillərlə sərnişin daşınmasına başlanılır
Next: Netanyahunun sözçüsü və müşaviri həbs olunub

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.