Beyrutda baş verən partlayışda ölənlərin sayı 100 nəfəri ötüb –4 mindən çox insan xəsarət alıb (FOTO) YENİLƏNİB

Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb. 

Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb. Partlayış zamanı xəsarət alanların sayı isə 4 mini keçib.

**

Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

“Al Jazeera” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb. Məlumata görə, partlayış zamanı, həmçinin 4 minədək insan xəsarət alıb.

**

Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

Bu barədə məlumatı “Al Jazeera” telekanalı ölkənin Səhiyyə naziri Hamad Hassana istinadən yayıb.

Məlumata görə, 3,7 mindən çox insan da xəsarət alıb. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

**

Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb.

Bu barədə məlumatı “Al Jazeera” telekanalı ölkənin Səhiyyə naziri Hamad Hassana istinadən yayıb.

Məlumata görə, 3 mindən çox insan da xəsarət alıb. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir

**

Livanda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.

Bu barədə “Al Hadath” telekanalı “Twitter” vasitəsilə məlumat yayıb. Məlumata görə, 2750 nəfər də xəsarət alıb.

“Al Jazeera” telekanalı isə bildirir ki, ölkənin Səhiyyə naziri Hamad Hassan azı 40 nəfərin öldüyünü, azı 2500 nəfərin də yaralandığını təsdiqləyib. Nazirin sözlərinə görə, ölənlərin arasında tibb işçiləri və həkimlər də var. O, ölü və yaralı sayının artacağını istisna etməyib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusdan ölənlərin sayı 700 mini ötüb

Sonrakı məqalə

Beyrutda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat daxil olmayıb –