Beyrutda güclü partlayış olub –10 nəfər həlak olub (VİDEO)

Beyrutda baş vermiş partlayış nəticəsində azı 10 nəfər ölüb.

Bu barədə “Reuters” agentliyi Livan təhlükəsizlik qüvvələri və səhiyyə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl “Al Arabiya” telekanalı partlayışda azı 6 nəfərin öldüyünü bildirmişdi.

Partlayış nəticəsində yüzlərlə yaralının olduğu da deyilir.

“Sky News Arabia” telekanalı paytaxt qubernatoruna istinadən xəbər verib ki, yanğından mühafizə briqadalarından biri ilə əlaqə kəsilib, onların yeri məlum deyil. (APA)

**

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış baş verib.

“TASS” xəbər verir ki, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrinə də təsir edib. Bəzi evlərə və ofislərə ziyan dəyib. İlkin məlumata görə, onlarla insan xəsarət alıb.

Partlayışın səbəbləri hələ ki müəyyən edilməyib.

“Al Hadath” telekanalının bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna olunmur. “Al Mayadeen” telekanalı isə partlayışın pirotexnika anbarında baş verdiyini bildirib.

https://youtu.be/iQq5LmqLh2k

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ÜST Rusiyanın koronavirus peyvəndini qəbul etmir:

Sonrakı məqalə

Rayonlara xidməti zərurətlə əlaqədar giriş-çıxış qaydaları məlum oldu –