Beyrutda yenidən toqquşmalar başlayıb

09 Avqust 2020 - 20:01

Bu gün Livan paytaxtında aksiyaçılarla güc strukturlarının əməkdaşları arasında yenidən toqquşmalar başlayıb.

APA-nın “Al Jazeera” telekanalına istinadən verdiyi məlumata görə, toqquşmalar Beyrutda parlament binası yerləşən rayonda müşahidə olunur.

Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.