Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var –FOTO

Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Nəsimikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, avtoqəza nəticəsində 3 nəfər – Neftçala rayon sakini, 1977-ci il təvəllüdlü Rabil Əsgərov, Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Şamil Pənayev və Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Təyyar Əliyev xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.