Biləsuvarın həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxub –Hospitala aparıldı

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyev koronavirusa yoluxub.

Bu barədə Lent.az-a M.Quliyevin vəkili Leyla Məmmədova məlumat verib.

Onun sözlərinə görə, Astara Polis Şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasında saxlanılan M.Quliyev COVID-19-a yoluxub: “Vəziyyəti ağırlaşdığından onu Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına köçürüblər. Həkimlərin rəyinə əsasən, o, şəkər, hipertoniya, ürək çatışmazlığı və bu kimi digər ciddi yanaşı xroniki xəstəliklərdən də əziyyət çəkir. Hazırda vəziyyəti stabildir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Sabah Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq