Sabah Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Bakının erməni-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə əlaqədar olaraq vətəndaşlara müraciət edib.

Dövlət Yol Polisi İdarəsindən daxiil olan müraciətdə bildirilib ki, sentyabrın 15-də saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyərin şəhərin küçə və meydanlarında yürüşləri aşağıda göstərilən marşrutlar üzrə təşkil olunması nəzərdə tutulub:

1-ci marşrut: Şəhidlər xiyabanı – Türk Şəhidliyi abidəsinin önü – “İçərişəhər” metrosu – İqtisadiyyat Universitetinin binası – Qoşa qala qapısı – “AzNeft” dairəsi – Bəhram Gur heykəli

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə üç qutu olmaqla hər qoşun növünə aid bir qutu 50 nəfərdən ibarət Hərbi orkestr

2-ci marşrut – Səməd Vurğun bağı – 28 May küçəsi – Bülbül Prospekti -Neftcilər Prospekti – Azadlıq Meydanı;

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə üç qutu olmaqla qeyd olunan istiqamətlərdə vətəndaşların yola çıxmaması, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və tədbir iştirakçılarının maneəsiz hərəkəti üçün zəruri sayda polis əməkdaşları ayrılmaqla müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Biləsuvarın həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxub –

Sonrakı məqalə

Pandemiya başlayandan ilk dəfə “Leyli və Məcnun” teatrda nümayiş olunacaq