Biləsuvar sakini 4 həmkəndlisini bıçaqlayıb

Ötən axşam Biləsuvar rayonunun Amankənd kəndində yerləşən çayxanada həmkəndlilər arasında mübahisə yaranıb.

Sonradan çayxanadan çıxıb evə getdikləri zaman Qoşqar Orucov bıçaqla 4 həmkəndlisinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Nəticədə 1995-ci il təvəllüdlü Ərəstun Şahmarovun xəsarəti yüngül olsa da, digər 3 nəfər – 1989-cu il təvəllüdlü Sənan Yəhyayev, 1990-cı il təvəllüdlü İsa Abbasov, 1992-ci il təvəllüdlü Tural Yəhyalı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. (APA)

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub

Sonrakı məqalə

Batumidə minlərlə insan Saakaşviliyə dəstək aksiyasına qatılıb