Xeyriyyəçi milyarder Bill Qeyts pandemiyanın nə zaman sona çatacağını açıqlayıb.
Azpost.info bildirir ki, CNN-ə açıqlamasında Qeyts deyib ki, bəşəriyyət koronavirus üzərində qələbə çaldıqdan sonra -2022-ci ildən başlayaraq normal həyata qayıdacaq.
Onun sözlərinə görə, hazırda insanlar epidemiyaya son qoymaq üçün lazımi səy göstərmirlər. Bununla yanaşı Qeyts koronavirusla təkrar yoluxma təhlükəsini də xatırladıb. Qeyts virus əleyhinə vaksinlərin varlı ölkələrə göndərildiyini deyib və beynəlxalq ictimaiyyəti peyvənd istehsalını artırmağa çağırıb.
Qeyts deyib ki, ABŞ 2021-ci ilin payızında normal həyata qayıdacaq. O zaman bütün məktəblər açılacaq.