Qorbaçov Putini sabiq sovet respublikaları ilə sülh bağlamağa çağırdı:"Bu ölkələrlə inteqrasiya gücləndirilməlidir"

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Rusiya hakimiyyətini postsovet məkanında dövlətlərarası inteqrasiyanı gücləndirməyə çağırıb. 

Azpost.info bildirir ki, eks-prezident TASS-a geniş müsahibəsində bu barədə danışıb.

M.Qorbaçov hesab edir ki, Avrasiya İqtisadi İttifaqını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını möhkəmləndirmək lazımdır. Onun fikrincə, Rusiya həmçinin Moskva ilə ixtilfada olan SSRİ-nin sabiq respublikaları ilə münasibətlərini bərpa etməlidir: “Avrasiya İttifaqı, KTMT- Bütün bu təşkilatları möhkəmləndirmək lazımdır. Rusiyanın ixtilafda olduğu keçmiş sovet respublikaları ilə əlaqələr bərpa olunmalıdır. Bunun üçün bir proqrama ehtiyac yaranıb”-deyə Qorbaçov vurğulayıb.

Mixail Qorbaçov deyib ki, SSRİ-ni saxlamaq olardı: “Yenilənmiş, islahatçı, respublikalara geniş hüquqlar,real suverenlik verən İttifaqı qorumaq olardı”.

Martın 2-də Mixail Qorbaçovun 90 yaşı tamam olur.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bill Qeyts pandemiyanın sona çatacağı vaxtı açıqladı –

Sonrakı məqalə

YAP-ın martda qurultayı olacaq? Rəhbərlikdən kimlər gedir? –