Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Biləsuvarda qazi və müharibə iştirakçıları üçün seminar keçirilib –

User 26 Avqust 2023 - 14:26 (Last updated: 21 May 2025 - 20:15)
qazi tedbir

Qazilərlə, Vətən müharibəsi iştirakçıları ilə bağlı daha bir tədbir-seminar düzənlənib.

Tədbir bu dəfə Biləsuvar rayonunda təşkil olunub. Tədbir Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.

Azpost.info xəbər verir ki, avqustun 23-də Biləsuvarda yerləşən “Zirvə” restoranında baş tutan tədbir-seminar üç saata yaxın davam edib.

Tədbirdə “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri, Şəhid anası Tünzalə Abduləlimova, “Vətən Naminə” təşkilatının digər təmsilçiləri, o cümlədən Biləsuvarlı Qazilər, Vətən müharibəsi iştirakçıları və bəzi Şəhid ailələri iştirak ediblər.

Üç saata yaxın davam edən tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova tərəfindən layihənin mahiyyəti, məqsədi barədə məlumat verilib.

Bildirilib ki, əsas məqsəd Qazilərə, Birinci və İkinci Vətən Müharibəsi iştirakçılarına mənəvi dəstək göstərmək, onlara psixoloji durumları ilə bağlı kömək etmək, eyni zamanda, problemlərini dinləyib, aidiyyatı qurumlara çatdırmaq və həmin problemlərin həllinə nail olmaqdır.

Tünzalə Abduləlimovanın qısa nitqindən-layihə ilə bağlı təqdimatından sonra çıxışlar başlayıb. Biləsuvarlı Birinci və İkinci Vətən Müharibəsi Qaziləri, Şəhid ataları və digər şəxslər çıxış ediblər.

Çıxışlarda Qazilərin üzləşdiyi problemlərindən, xüsusilə, əlillik məsələsində olan nöqsanlardan, süründürməçiliklərdən, işsizlikdən söz açılıb, o cümlədən, Qazilərə mənəvi-psixoloji dəstək göstərilməsindən, onların diqqət və qayğı ilə əhatələnməsinin zəruriliyindən bəhs olunub.

Post navigation

Previous: “Kiyev əks-hücumdakı çətinliklərə görə Rusiya ərazilərinə hücumlar edir”
Next: “Co Bayden Ukraynanın girovuna çevrilib”

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.