“Bir-birimizi sevirik, azadlığı üçün əlimdən gələni edəcəyəm” –Saakaşvilinin həyat yoldaşı

“Mixail Saakaşvilinin Gürcüstanın azadlığı uğrunda mübarizəsini dəstəkləyirəm”.

Bunu “Report”a açıqlamasında Ali Radanın deputatı, Mixail Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko bildirib.

“Ötən cümə günü yayımlanan birgə videoda dolğun şərhlər və qiymətləndirmələr yer alırdı. Biz birlikdəyik, bir-birimizi sevirik, siyasi həmfikirlərik”, – Mixail Saakaşvili ilə münasibətlərindən bəhs edən Y.Yasko deyib.

Onun sözlərinə görə, Saakaşvilinin həbsi qanunsuzdur: “Bu, hazırki Gürcüstan hökuməti tərəfindən siyasi repressiyadır və ölkənin demokratik institutlarını sarsıdır. Gürcüstan məhkəmələrinin çıxardığı qondarma hökmlər qanunsuzdur. Mixailin azad edilməsi üçün əlimdən gələni edəcəyəm. Deputat, Ukrayna vətəndaşı və ona yaxın bir insan kimi bunu edəcəyəm”.

“Ukrayna bu məsələyə müdaxilə etməli və vətəndaşını qorumalıdır. Prezident Volodimir Zelenski bu barədə mövqeyini bildirib. Ümid edirəm ki, Ukrayna Xarici İşlər Nazirliyi və Tiflisdə səfirlik də Mixailə lazımi kömək və müdafiəni təmin etmək üçün zəruri olan hər şeyi edəcək”, – deputat əlavə edib.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.

Bu hadisədən sonra Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” Partiyasından olan deputatı sosial şəbəkələrdə Mixail Saakaşvilinin videomüraciətini paylaşıb. Bu müraciətdə Gürcüstanın üçüncü prezidentinin ikinci dəfə evləndiyi məlum olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məni hakimiyyətdən devirmək istəyirdilər…” –

Sonrakı məqalə

İran İrəvanla Gorus yoluna alternativ yolun çəkilməsi üçün danışıq aparır