MSK 9 Seçki Dairəsi üzrə müraciətləri DSK-lara göndərdi

- SİYAHI
15 Fevral 2020 - 14:30

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş parlament seçkiləri ilə əlaqədar bir neçə Seçki Dairəsində səsvermənin nəticələri ilə bağlı müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, həmin müraciətlərin Dairə Seçki komissiyalarına (DSK) göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

İclasda 8 saylı Binəqədi Birinci, 18 saylı Nərimanov-Nizami, 29 saylı Səbail, 56 saylı Xaçmaz Kənd, 72 saylı Yardımlı-Masallı, 82 saylı Ağcabədi, 94 saylı Bərdə Kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa, 61 saylı Neftçala Seçki dairələri üzrə müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsi ilə bağlı qərar qəbul edilib.