Bir qrup hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib

25 Dekabr 2020 - 20:31

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb. 

Sərəncama əsasən, Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.