Bu gün bir qrup Ağdam sakinin Ağdam şəhərinə səfəri təşkil olunub.
APA-nın yerli bürosunun xəbərinə görə, onlar İmarət abidə kompleksində, Ağdam Şəhidlər xiyabanında və Ağdam Cümə məscidində olub, doğma torpaqlarda Novruz bayramını qeyd ediblər.
Hava şəraitinin kəskin soyuq və güclü qar yağışının olmasına baxmayaraq tur öz proqramını icra edib.
Qeyd edək ki, səfər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus marşrutu ilə həyata keçirilib.