Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Hörmüz boğazında 4 ölkəyə güzəşt – İran Çin və Hindistandan pul alır, Qətərdən yox

User 04 Noyabr 2026 - 12:16
hormuz

İran Hindistan, Çin, İraq və Qətər gəmilərinə Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətləri aradan qaldırıb.

Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini Əmir Həyat Müqəddəm ISNA agentliyinə müsahibəsində bildirib.

Deputatın sözlərinə görə, hazırda bu dörd ölkənin gəmiləri Hörmüz boğazından sərbəst keçə bilir və ABŞ qüvvələri də onların qarşısını almır.

Müqəddəm bildirib ki, istisnalar Tehranla həmin dövlətlərin qarşılıqlı maraqları ilə bağlıdır. Hindistan gəmilərinin keçidinə icazə verilməsi İrana Hindistandan dərman preparatlarının idxalını asanlaşdırır. Çin gəmilərinin maneəsiz hərəkətinə şərait yaradılması isə Pekinin siyasi dəstəyini təmin etmək məqsədi daşıyır.

Bununla yanaşı, İran Hindistan və Çin gəmilərindən Hörmüz boğazından keçid üçün ödəniş alır. Qətər gəmiləri isə ödənişsiz buraxılır. Deputat İraq gəmilərinin tranzit üçün pul ödəyib-ödəmədiyini dəqiqləşdirməyib.

Hörmüz boğazı İran və Oman arasında yerləşir və dünyanın ən mühüm neft-qaz nəqli marşrutlarından biridir. Fars körfəzi ölkələrindən beynəlxalq bazarlara göndərilən enerji resurslarının əhəmiyyətli hissəsi bu boğazdan keçir.

Bu açıqlama İranın ABŞ və İsraillə davam edən qarşıdurması fonunda səsləndirilib. İrana qarşı hərbi əməliyyat 2026-cı il fevralın 28-də başlayıb. Apreldə tərəflər atəşkəs barədə razılığa gəlsələr də, diplomatik səylərin nəticəsiz qalmasından sonra iyulda hərbi əməliyyatlar yenidən bərpa olunub.

AzPost.az

Post navigation

Previous: 2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək?
Next: ABŞ İranı vurmağa hazırlaşır: CENTCOM zərbə planı hazırladı – Hücum nə vaxt olacaq?

Oxşar xəbərlər

abs iran savas
  • Dünya

ABŞ İranı vurmağa hazırlaşır: CENTCOM zərbə planı hazırladı – Hücum nə vaxt olacaq?

User 04 Noyabr 2026 - 12:27
Tramp
  • Dünya

Tramp seçki məğlubiyyətinin səbəbini açıqladı: İranla müharibə və bahalı yanacaq

User 04 Noyabr 2026 - 10:46
obama
  • Dünya

Obama Trampa mesaj verdi, demokratlara çağırış etdi – “Qollarımızı çırmalayıb işə başlamalıyıq”

User 04 Noyabr 2026 - 10:07

xƏBƏR

ilham aliyev
  • Sosial

Prezident Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olub

User 04 Noyabr 2026 - 12:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo...
Read more about Prezident Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olub
ABŞ İranı vurmağa hazırlaşır: CENTCOM zərbə planı hazırladı – Hücum nə vaxt olacaq? abs iran savas
  • Dünya

ABŞ İranı vurmağa hazırlaşır: CENTCOM zərbə planı hazırladı – Hücum nə vaxt olacaq?

User 04 Noyabr 2026 - 12:27
Hörmüz boğazında 4 ölkəyə güzəşt – İran Çin və Hindistandan pul alır, Qətərdən yox hormuz
  • Dünya

Hörmüz boğazında 4 ölkəyə güzəşt – İran Çin və Hindistandan pul alır, Qətərdən yox

User 04 Noyabr 2026 - 12:16
2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək? tehsil
  • Sosial

2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək?

User 04 Noyabr 2026 - 11:30
Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək? veteran pulu
  • Baş Yazı

Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək?

User 04 Noyabr 2026 - 11:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.