Bir qrup valideyn Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib

Bu gün bir qrup valideyn Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

APA-nın məlumatına görə, onların etirazına səbəb övladlarının məlumatlarının “Şagird-məzun” elektron sisteminə daxil edilməməsi səbəbindən həmin şagirdlərin buraxılış imtahanına buraxılmaması olub.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Yeni Qala qəsəbəsində yerləşən Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin bir qrup valideyni  19 aprel tarixində Təhsil Nazirliyin məsul şəxsləri tərəfindən qəbul edilib: “Məsələ müzakirə olunub və müsbət istiqamətdə həll olunacağına dair qərara gəlinib”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib –

Sonrakı məqalə

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb