Bir rayondan digər rayondakı tibb müəssisəsinə tibbi arayışla getmək olar –Baş Dövlət Yol Polisi

“Bir rayondan digər rayondakı hansısa tibb müəssisəsinə tibbi arayışla getmək mümkün olacaq”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. Əliyev deyib ki, yollarda insanların hərarətinin ölçülməsi postlarda mümkündür: “Ancaq bu, daha çox həkimlər tərəfindən həyata keçirilsə, yaxşı olar”.

BDYPİ-nin şöbə rəisi qeyd edib ki, iyunun 18-də 200-ə yaxın şəxs tibbi arayışla Bakıya gəlib: “Ən çox Siyəzən rayonundan arayış verilir. Yaxşı olar ki, arayışı verən tibb müəssisəsinin adı da qeyd edilsin”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Samuxun icra başçısının müavini koronavirusdan vəfat etdi

Sonrakı məqalə

BMT baş katibi: