Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə 100 manat sosial müavinət veriləcək

Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği artırılıb.

Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 manat olacaq.

İndiyə qədər bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 70 manat olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.