AMEA-nın Rəyasət Heyətinın və Aparatının işçilərinin maaşları artırılır

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı işçilərinin maaşları artırılır.

Bu, Prezident İlham Əliyevin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı işçilərinin aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılacaq.

Əvvəlki məqalə

Doktorantların və magistrantların təqaüdü artırılıb

Sonrakı məqalə

Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə 100 manat sosial müavinət veriləcək