Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Birbank-ın bu xidməti niyə işləmir?

Orkhan Ali 05 Yanvar 2026 - 08:00 (Last updated: 05 Yanvar 2026 - 07:10)
Kapital Bank

Aviabilet alışı zamanı vəd edilən imkanın reallaşmaması bank müştərisinin ciddi narazılığına səbəb olub.

AzPost xəbər verir ki, vətəndaş Ülvi Hüseynov Birbank-dan şikayət edərək trip.com saytı üzərindən aldığı aviabileti millərlə əvəz edə bilmədiyini bildirib. Onun sözlərinə görə, bilet alarkən millərin istənilən aviabiletə dəyişdirilə biləcəyi qeyd olunsa da, əməliyyat həyata keçirilməyib.

Şikayətçi məsələ ilə bağlı Birbank operatoruna müraciət etdikdə ona bildirilib ki, millərin dəyişdirilməsi yalnız AZAL, Nakhchivan Ecom, SW Travel və Silk ROVV Travel kimi təyinatlar üzrə mümkündür. Trip.com üzərindən edilən alış bu siyahıya daxil olmadığı üçün millərin istifadəsi mümkün sayılmayıb. Ülvi Hüseynov qeyd edir ki, bankın rəsmi veb səhifələrində bu cür məhdudiyyət açıq şəkildə göstərilmir və bu, müştərilərin çaşdırılmasına səbəb olur.

O, həmçinin bildirib ki, bank məsələ ilə bağlı məsuliyyətdən yayınır və müraciətə cavab almaq üçün uzun müddət gözləməli olub. Şikayətçi Birbank-ın xidmət keyfiyyətini zəif və qeyri-məsuliyyətli adlandıraraq, bu cür halların müştəri etimadına ciddi zərbə vurduğunu vurğulayıb.

Birbank məsələyə münasibət bildirərək qeyd edib ki, bonus millər yalnız birbaşa aviaşirkətlərdən alınan biletlərin dəyərini əvəz etmək üçün nəzərdə tutulub. Bankın açıqlamasına görə, tur agentlikləri və ya onlayn platformalar vasitəsilə əldə edilən aviabiletlərin bonus millərlə ödənilməsi mümkün deyil.

Bildirilir ki, millərin istifadə oluna biləcəyi əməliyyatlar üçün xüsusi MCC kodları müəyyən edilib. Bunlara 3000–3350 aralığındakı kodlar, həmçinin 4511 və 4582 daxildir. 4722 MCC kodu üzrə isə millər yalnız “AZAL NAKHCHIVAN ECOM”, “SW TRAVEL” və “SILK ROVV TRAVEL” terminal sahibləri üçün aktiv hesab olunur.

Bank əlavə edib ki, yaranmış vəziyyətin müştəridə narahatlıq doğurduğunu anlayırlar və gələcəkdə bonus millərdən istifadə zamanı bu məqamların nəzərə alınması tövsiyə olunur.

AzPost.az

Post navigation

Previous: Mövsümə görə saçlara düzgün qulluq qaydaları
Next: Əsəb sizi idarə etməsin

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.