Birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilib

29 Mart 2020 - 12:37

Bu gündən birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilib. 

Təhsil Nazirliyindən verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən  aktivləşib.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.