Birinci sinfə qəbul olmaq istəyən uşaqlar üçün tədrisi dildə aparılan bölmələr üzrə müsahibə qaydası açıqlanıb

2020-2021-ci dərs ili üçün tədrisi digər dildə aparılan bölmə üzrə 1-ci sinfə qəbul olmaq istəyən uşaqların valideynləri (qanuni nümayəndə) mayın 20-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları iyunun 3-dən etibarən təşkil olunacaq onlayn müsahibədə iştirak edəcək.

Canlı müsahibə üçün müraciət edən vətəndaşlar verilmiş siyahıdan yaşayış ünvanına uyğun müsahibənin keçiriləcəyi mərkəz məktəbi seçdikdən sonra iyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq. Qrafikə uyğun olaraq uşaqlar canlı müsahibədə iştirak edəcək.

Müsahibə (canlı və ya onlayn) nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə eyni vaxtda məktəb seçimi imkanı yaradılacaq. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SMS icazəsi alanların və “icaze.e-gov.az”da qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Sonrakı məqalə

Azərbaycan Prezidenti: