Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

“Biz belə gənclərimizlə fəxr edirik” –

User 25 İyul 2022 - 12:07 (Last updated: 21 May 2025 - 20:15)
ilham forum muara

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin iştirakçılarına müraciət edib.

“Sizi Bakıda səmimiyyətlə salamlayır, ən xoş arzularımı çatdırıram. Bu Sammit gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, mütərəqqi düşüncənin paylaşılması və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”.

Hər bir ölkənin sosial inkişafının, rifahının aparıcı qüvvəsi olan gənc nəsil həm də qlobal tərəqqinin lokomotividir. Çağırışlarla dolu müasir dünyada fəal və yaradıcı gənclər arasında dialoq bəşəriyyətin üzləşdiyi problemlərin müzakirəsi, onların həllinə dair ideya və baxışların bölüşməsində vacib rol oynayır. Azərbaycanda əhalinin təxminən 23%-ni təşkil edən gənclərin diqqət və qayğı, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qurub yaşadan, eyni zamanda, ümumbəşəri, mütərəqqi ideyaları mənimsəyərək qloballaşan dünyada inteqrasiya etməyə qadir olan nəsil yetişib. Məhz bu milli dəyərlərə hörmət ruhunda böyümüş gənclərimiz 30 il işğal altında olmuş torpaqlarımızın azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində əvəzsiz xidmətlər göstəriblər. Biz belə gənclərimizlə fəxr edirik.

Azərbaycan Respublikası beynəlxalq müstəvidə də gənclər siyasətinin təşviqini daim diqqət mərkəzində saxlayır. Gənclərimizin aparıcı beynəlxalq təsisatların işində yaxından iştirak edir və yeni gənclər platformasının yaradılmasında təşəbbüslərlə çıxış edirlər. Qeyd etmək istərdim ki, Azərbaycanın təşəbbüsü ilə təsis edilmiş Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi üzv ölkələrin gənclər dialoqunu, onların davamlı tərəqqisinə nail olmaq üçün atdığımız addımlardan biridir.

BMT-nin Baş Assambleyasından sonra dünyada ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edən ölkəmizin tarixi Bandunq prinsiplərini rəhbər tutaraq üzv ölkələr arasında qarşılıqlı anlaşma və dəstəyin, həmrəyliyin və əməkdaşlığın genişləndirilməsində, mültikulturalizmin inkişafında, qlobal çağırışların həll istiqamətində hərəkat rolunu daha da artırmasında böyük töhfələr verib. Qoşulmama Hərəkatının sədrliyimiz müddətində yekdilliklə 2023-cü ilə qədər 1 il daha uzadılması Azərbaycanın üzv ölkələr arasında qazandığı nüfuzun, fəaliyyətimizə verilən yüksək qiymətin və bizə olan inam və etimadın bariz göstəricisidir.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər olmasında aparıcı rol oynamış, ehtiyacı olan ölkələrə maliyyə, humanitar və digər yardımlar göstərib. Ölkəmiz eyni zamanda, hərəkatın təsisatlanması istiqamətində də təşəbbüslərlə çıxış edib. Belə mühüm addımlardan biri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması oldu. Gənclər Sammitinin keçirilməsi və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Gənclər təşkilatına çevrilməsi ilə bağlı vacib qərarların məhz ölkəmizdə qəbul edilməsi bizi sevindirir. Biz bunu Qoşulmama Hərəkatına sədrliyimizin növbəti uğuru kimi dəyərləndiririk. İnanıram ki, sammit zamanı təsis ediləcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatı qlobal miqyasda ən mötəbər gənclər təşkilatlarından birinə çevrilərək və öz ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə fəaliyyətin genişlənməsinə töhfə verəcək. Hamınızı bir daha ürəkdən salamlayır, sammitin işinə uğurlar arzu edirəm”.

Qeyd edək ki, Prezidentin müraciətini gənclər və idman naziri Fərid Qayıbov səsləndirib.

Post navigation

Previous: “Oğurlayır, Putinə kömək edirlər… buna son qoyacağam!”
Next: “Tramp ABŞ prezidentliyinə ən populyar namizəddir”

Oxşar xəbərlər

aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19

xƏBƏR

5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin tələbələri tədris təcrübə bazasında yetişdirdikləri 1 tondan artıq  sitrus...
Read more about LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır? Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.